“Azərbaycanda QR-kod vasitəsilə oxunan elektron biletlərin yalnız hava nəqliyyatında mövcuddur. Nəqliyyatın digər növlərində - dəmir yolu və avtobusda elektron bilet alındıqdan sonra vağzal ərazisində çap etməyi tələb olunur. Bu da onlayn biletlə ənənəvi biletin fərqini minimum edir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu nəqliyyat məsələləri üzrə eksperti Rauf Ağamirzəyev bildirib.
Ekspert qeyd edib ki, yerüstü nəqliyyat növləri onlayn bilet satışı hələdə köhnə qaydayladır: “Belə ki, alınmış bileti kassada çap etmək gərəkdir. Niyə avtobus və elektrik qatar nəzarətçiləri müasir QR-kod oxuyucuyla təhciz edilməyib? Niyə sərnişin əlavə vaxt sərf etməlidir. Dünya təcrübəsindən onlayn alınmış bilet (QR-kod təqdim etməklə və ya oxutdurmaqla) avtobusa, qatara minməyə əsas verir”.
Ekspertin sözləronə görə, 2 ildən artıq ölkədə pandemiyadır və bu müddət ərzində yetərincə rəqəmsallaşma işləri görülüb: “Məlumatların inteqrasiyası təmin edilib. Məncə məsələni gündəmdə saxlamaq gərəkdir”.
Ekspert onu da bildirib ki, biletin qaytarılması - müraciət edildiyi gündən 33 iş günü müddətində karta ödənilmiş məbləğ qaytarılır.
İbRa
















