Xəzər dənizində suyun səviyyəsinin azalması, ekologiya və iqtisadiyyatda problemlərə yol açmaqla yanaşı, bura istirahətə gələnlər üçün də problem yaradıb.
Bakıvaxtı.az xəbər verir ki, vətəndaş Azər İsmayıl dənizin Dübəndi sahilinə gələnlərin çimərliyə avtomobillə daxil olanlardan şikayətçidir.
“Xəzərin çəkilməsi ilə əlaqədar uzun illərdir getdiyimiz Dübəndi çimərliyinə maşın yolu açılıb. Avtomobili dənizin içinə sürən kim, çimərlik ərazisində sürücülük öyrənən kim, avtomobili ilə meymunluq edən kim. Uşaqlar üçün təhlükəli yerə çevrilib. Eyni zamanda avtomobillərə görə qum preslənir, qumsallıq bərkiyir. Axı, bu maşını dənizin içinə sürmək nə deməkdir? Bir daha heyf…”, - deyə vətəndaş bu barədə sosial şəbəkədə paylaşdığı videoda bildirib.
Ramid İbrahimov
















