"Yasak elma" serialının "Yıldız"ı toya hazırlaşır.
Bakıvaxtı.az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.
Məlumata görə, məşhur aktrisa Eda Ece bu yay nikah masasına oturacaq. Aktrisa 4 il eşq yaşadığı məşhur basketbolçu Buğrahan Tuncerlə 21 iyunda ailə həyatı quracaq.
Sözügedən nikahda Şevval Sam səhnəyə çıxacaq, Edanın nikah şahidi meneceri Gaye Sökmen, Melda Nar və Ayşegül Aldinç olacaq.
Qeyd edək ki, aktrisa ilə basketbolçu apreldə nişanlanıblar.
Xəyalə Rza






jpg-1688018517.webp)

jpeg-1687963197.webp)








