• Bakı 8° C

    11.16 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Dərin bir quyuya düşdüm -Müğənni

MƏDƏNİYYƏT

28 Iyun 2023 | 11:34 | Müəllif: Qalib İbrahimoğlu

Dərin bir quyuya düşdüm -Müğənni

Qazi, müğənni Məbud Əhmədov Vətən müharibəsi zamanı döyüşdə başına gələn hadisəni danışıb.

Bakıvaxtı.az  xəbər verir ki, qatıldığı verilişlərin birində o, düşdüyü çətin vəziyyətdən söz açıb: "Qaranlıq idi, saat 12 olardı. Bir anlıq oldu nə oldusa. Düşdüm quyuya. Təxmini dərinliyi 10 metr olardı. Nə qədər qışqırdım eşidən olmadı. Düşündüm ki, artıq yolun sonudur. Güllə atmaq istədim. Ancaq avtomatın içinə torpaq dolmuşdu atmadı".

Müğənni sonda düşdüyü vəziyyətdən necə çıxdığını danışıb : "Gözlədim bir neçə saat. Sonra səsimi komandir eşitdi. Quyuya ip atdılar, tutub çıxdım. Əvvəl çıxmağa çalışırdım özüm ancaq torpaq olduğu üçün sürüşürdüm, dırnaşa bilmirdim. Səhər komandir soruşdu ki, kim idi orda qalan dedim mən (Gülür). Mənim ordan çıxmağım möcüzə oldu. Yoxsa indi həyatda olmazdım. Quyu çünki çox dərin idi. Rayon yerlərində olan artezian, su quyusu kimi idi"

Qeyd edək ki, Məbud Əhmədov yaralı olan zaman, oxuduğu "Qarabağ" ifası ilə məşhurluq qazanıb. "Səs Azərbaycan"ın iştirakçısıdır.

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026