• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

“Söyülməyən müğənni qalmayıb”- Manaf Ağayev GİLEYLƏNDİ

MƏDƏNİYYƏT

27 Iyul 2023 | 10:37

“Söyülməyən müğənni qalmayıb”- Manaf Ağayev GİLEYLƏNDİ

"Əvvəl heç bu qədər efir yox idi. Bir tək AzTV vardı, oranın efirinə çıxmaq üçün isə hər insanın başı üçün deyildi. Üç-dörd müğənni var idi ki, onlar AzTV-nin efirinə çıxa bilirdi. O zamanlar hər şey fərqli idi”. 

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri verilişlərin birində qonaq olan müğənni Manaf Ağayev deyib.

Sənətçi ötən illərlə müqayisədə müğənnilərə hörmət qoyulmadığını bildirib: “Yaşım az deyil, çox məsələlərin şahidi olmuşam. Hər zaman bir məsəl çəkirəm. Deyirəm ki, bir qanlı hadisə olardı, oraya isə mərhum müğənni Məmmədbağır Bağırzadəni aparardılar, söhbət bağlanardı. Çünki eldə ona çox böyük hörmət var idi. Tamaşaçılarda sənətə və müğənniyə sevgi var idi".

Müğənni qeyd edib ki, indi isə hər şey dəyişilib: "Söyülməyən müğənni qalmayıb. Gör, zamanə nə qədər dəyişib. Bunun da əsas səbəbi ilk növbədə sosial şəbəkələrdir. Əvvəllər sosial şəbəkələr yox idi. Bəlkə də olsaydı, indidən daha betər olardı".

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026