• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Məşhur aparıcı subaylara səsləndi: "Vergi verin, amma..."

MƏDƏNİYYƏT

24 Avqust 2023 | 11:50

Məşhur aparıcı subaylara səsləndi: "Vergi verin, amma..."

Şairə Nazilə Səfərli sosial şəbəklədə paylaşımı ilə diqqət çəkib.

Bakıvaxtı.az xəbər verir ki, Nazilə Səfərli subaylara səslənib. O, şahidi olduğu bir hadisəni izləyiciləri ilə bölüşüb.

"Kəndimizdə 90 yaşlı bir nənə var idi. Boyu 1.50 metr olardı. Çox ucaboy yoldaşı var idi. Düşündüm ki, sevgi onları bir araya gətirib. Məyərsə, vergi gətiribmiş. O illərdə qanuna görə, qız 20 yaşa çıxarsa, hər ay dövlətə cərimə vergisi verərmiş. Ona görə də kimə gəldi gedib. Ən maraqlısı da odur ki, dünyaya gətirdiyi uşaqlar da ataya oxşamırdı. Hamısı anası kimi xırdaca idi. İndi həmin qanunu yenidən tətbiq etməyi müzakirə edirlər. Əziz cavanlar, xahiş edirəm, vergi verin amma kiminlə gəldi evlənməyin",-deyə bildirib.

Şairə sonda qeyd edib ki, 30 yaşa çatıb iş-güc sahibi ola biləyənlərin evlənməyi boşanmağa çox yaxındır.

N.Səfərlinin fikirlərini izləyiciləri maraqla qarşılayıb, onu dəstəkləyiblər.

Xəyalə Rza


Məşhur aparıcı subaylara səsləndi: "Vergi verin, amma..."
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026