"Mənim atam hərbçi olub. Biz ona görə tez-tez yer dəyişirdik. Bu səbəbdən müşahidə qabiliyyətim çox yaxşı olub. İndi hansısa rolu canlandıranda bu, mənə çox kömək olur".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri aktrisa Zarina Qurbanova "Qapqara" verilişində səsləndirib. Onun sözlərinə görə, atasının varlığı ilə yoxluğunu hiss etməyib və atasına görə, 37 məktəb dəyişib:
"Uşaq vaxtı atama çox qırğın idim. Mən bir məktəbə yenicə öyrəşən kimi götürüb aparırdılar başqa məktəbə. Amma indi atama çox sağ ol deyirəm. Çünki, beləliklə çox insan tanıdım. İndi rol oynayanda bu, mənə çox kömək olur. Bu günə qədər bu uğurları atam bircə dəfə məni qucaqlasın deyə etmişəm. Ancaq heç vaxt o nəvazişi verməyib mənə..."
"Atam olub, amma olmayıb" deyən aktrisa ondan nəvaziş, sevgi görmədiyini qeyd edib. Dediyinə görə, ancaq 1-2 il olar onu bağışlayıb: "Artıq ona da haqq verməyə başlamışam. Çünki, atamın da öz anasına görə, qadınlara, qızlara qarşı travması olub. Atam kiçik yaşlarından uşaq evində böyüyüb. İllərlə barışa bilmirdim. Amma indi anlayıram".
Aktrisa adı ilə bağlı da məsələyə aydınlıq gətirib: "Atamın anasının adı Zinyət olub. Və mən o adı heç sevməmişəm. Özümə yeni ad Zərinə götürmüşəm. Aktrisa olandan sonra oldum Zarina".
Xəyalə Rza


jpg-1692943697.jpg)













