Türkiyəli məşhur aktrisa Biran Damla Yılmaz "Threads" platformasında paylaşımı ilə diqqət çəkib.
Bakıvaxtı.az türk mətbuatına istinadla xəbər verir ki, aktrisa sevənlərindən şikayətlənib.
O, telefon nömrəsini axtarmağa çalışan fanatlarınıa xəbərdarlıq edib: "İcazə verin bizim də özəlimiz olsun. Nənəmin hesabını sındırıb oradan nömrəmi götürməyə çalışıblar. Hətta rəhmətə gedən babamın adına hesab açıb, qohumlarla danışırlar. Bəsdirin, etməyin bunu. İnsanların duyğuları ilə oynamayın".
Aktrisa sadəcə, bir az hörmət və sayğı istədiyini deyib: “Xahiş edirəm belə mövzularda diqqətli olaq".
Qeyd edək ki, aktrisa əvvəlcə "Kırqın çiçekler", daha sonra isə "Yasak elma" serialları ilə məşhurlaşıb.
Xəyalə Rza








png-1692961163.webp)




jpg-1692943697.webp)


