Türkiyənin meqastarı Tarkan Bakıya gəlir.
Bakıvaxti.az xəbər verir ki, o bu barədə sosial media hesabında paylaşım edib.
Sənətçi tezliklə “Baku Crystall Hall”da səhnəyə çıxacağını bildirib. Müğənni konsertin tarixi və məkanı barədə məlumat verməyib.
Qeyd edək ki, bu, ən son 2017-ci ildə F1 çərçivəsində Bakıda konsert verən Tarkanın illər sonra Azərbaycanda ilk solo səhnəsi olacaq.
Onu da bildirək ki, müğənni Qazaxıstan və Özbəkistanda da konsert verəcək.
Xəyalə Rza
















