• Bakı 9° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Tupak Şakurun üzüyü satıldı - FANTASTİK RƏQƏM

MƏDƏNİYYƏT

27 Iyul 2023 | 16:52

Tupak Şakurun üzüyü satıldı - FANTASTİK RƏQƏM

Dünya şöhrətli reper Tupak Şakurun qızıl, yaqut və brilyant tac üzüyü Nyu Yorkdakı məşhur Sotheby's hərrac evində keçirilən hərracda satılıb.

Bakıvaxtı.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, Şakurun tac üzüyü hərracda 1 milyon dollardan çox qiymətə satılaraq rekord qırıb.

Amerikalı reperin üzüyü Hip Hop sənətini ifa edən sənətçilərin indiyə qədər sahib olduğu ən qiymətli zinət əşyası kimi qeydə alınıb.

Hərracdan əvvəl Tupak Şakurun özünün dizayn etdiyi üzük 300 min dollar dəyərində qiymətləndirilib.

Xatırladaq ki,1990-cı illərin əvvəllərində Tupak Şakur təkcə ABŞ-da deyil, bütün dünyada məşhur və populyar rep ifaçısı idi.

İstər sevənlərini, istərsə də bir parçası olduğu rep musiqisi dünyasına əhəmiyyətli dərəcədə təsir göstərməyi bacaran Tupak qısa karyerasına baxmayaraq əfsanəyə çevrilib.

Müğənni və bəstəkar siyasi açıqlamaları ilə adını ictimaiyyətə çatdırmağı bacarmışdı.

1996-cı il sentyabrın 7-də Las-Veqas şəhərində qətlə yetirilən sənətçinin qatilləri 27 il keçməsinə baxmayaraq hələ də tapılmayıb.

Ay Tac


Tupak Şakurun üzüyü satıldı - FANTASTİK RƏQƏM
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR