"Çox görünməməyimin bir səbəbi odur ki, efirlərdən qaçıram"
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Aşıq Əli qonaq olduğu verilişlərin birində deyib.
Aparıcının efirlərdə az görünməsi ilə bağlı ünvanladığı suala aşığın verdiyi cavab diqqət çəkib: "İşimiz çox olur bəzən, vaxt darlığından çox görünürəm efirlərdə. Ancaq başqa səbəbi də var. Çünki efirlərdə bəzən artıq əskik danışırlar. Artıq əskik şou proqramlar təşkil edirlər. Ona görə çıxmıram, qaçıram".
Sənətçi efirlərin müsbət və mənfi tərəflərindən də söz açıb: "Sosial şəbəkədə hər kəs tanına bilər. Oradan məşhur olanlar inciməsin bu sözümə görə. Bu mənim öz şəxsi fikrimdir. Danmıram məni tanıdan televiziyalar, verilişlər olub. Sosial şəbəkələrdən tanınmaq keyfiyyətsiz tanınmaqdır. Elementar bir uşaq gedib şillə vurar kiməsə ya tərbiyəsiz hərəkət edər o da tanınar. Efirlərə çıxmamağımın səbəbi də keyfiyyətsiz verilişlərin olmağıdır".
Aşıq Əli sonda qeyd edib ki, vəziyyət düzəlməkdənsə daha da əksinə geri gedir.
Xəyalə Rza















