• Bakı C

    7.72 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1942

Yaxın Şərqdə gərginlik: dollar bahalaşır, qızıl ucuzlaşır və...

İQTİSADİYYAT

04 Mart 2026 | 09:07

Yaxın Şərqdə gərginlik: dollar bahalaşır, qızıl ucuzlaşır və...

Yaxın Şərqdəki gərginlik karbohidrogen qiymətlərini artırır, inflyasiya qorxularını yenidən alovlandırır və investorları təhlükəsiz aktivlərə qaçmağa sövq edir. Uzun sürən münaqişənin xəyalı Yaxın Şərqdə dolaşır və qlobal bazarları panikaya salır.

Yaxın Şərqdəki müharibənin əvvəlcə gözləniləndən daha uzun müddət davam edə biləcəyini, Hörmüz boğazının keçilməz olduğunu və enerji infrastrukturunun təsirləndiyini proqnozlaşdırdıqları üçün enerji qiymətləri yüksəlməyə davam edib. Beləliklə, Şimal dənizindən çıxarılan "Brent" markalı xam neftin qiyməti 2024-cü ilin iyul ayından bəri ilk dəfə bir barel üçün 85 dolları keçib , daha sonra isə bir qədər geriləyib. Parisdə saat 20:00 radələrində 3,74% artaraq 80,99 dollara çatıb. Onun ABŞ ekvivalenti olan “West Texas Intermediate” (WTI) 4,10% artaraq bir barel üçün 74,21 dollara yüksəlib.

Avropa qazına gəldikdə isə, onun qiyməti də sürətlə artıb. Qitədə təbii qaz üçün etalon hesab edilən Hollandiyanın “TTF fyuçers” müqaviləsi təxminən 22% çoxalaraq, 54,29 avroya çatıb. İlin əvvəlindən bəri bu rəqəm 90%-dən çox artıb.

Dollar bahalaşır

İnvestorların Avropa iqtisadiyyatı ilə bağlı qorxuları dollara fayda verir. Dollar çərşənbə axşamı avro, funt sterlinq və yuana qarşı bahalaşıb. Yaxın Şərqdəki gərginlik təhlükəsiz aktivlərə geniş tələbatı artırıb. Avropa və Yaponiya, xalis enerji ixracatçısı olan ABŞ-dən daha çox enerji qiymətlərinin artmasına məruz qalır. Saat 20:00 radələrində dollar avroya qarşı 0,65% artaraq 1 avro üçün 1,1613 dollara çatıb.

Dollar yuana qarşı 0,17% dəyər qazanaraq, 23 yanvardan bəri ən yüksək səviyyəyə çatdıqdan sonra 157,67 yenə yüksəlib. Bu arada, funt sterlinq dollara qarşı 0,37% dəyər itirərək, 1,3355 dollara düşüb.

Qiymətli metallar ucuzlaşır

Qiymətli metallar Yaxın Şərqdəki gərginlik fonunda investorların qızıl və gümüşdən üz çevirərək dollar və neft kimi daha strateji hesab edilən aktivlərə üz tutması nəticəsində kəskin şəkildə ucuzlaşıb. Qızıl əvvəlki sessiyada dörd həftəlik maksimuma çatdıqdan sonra saat 20:00 radələrində 3,56% azalaraq 5133,70 dollara düşüb. Bu arada, gümüş 7,33% azalaraq unsiyası 83,05 dollara enib, çünki investorlar qızıl kimi təhlükəsiz aktivləri də daxil olmaqla, ayrı-seçkilik etmədən dollar və enerjiyə tələsirlər. Bu mənada qızıl və gümüş səhmlər kimi qəbul edilir və eyni satış dalğasını yaşayır.

İstiqraz bazarında gərginlik

 ABŞ istiqraz bazarında Xəzinədarlıq istiqrazlarının gəlirliliyi artmağa davam edib. 10 illik gəlirlilik bazar ertəsi bağlanışında 4,03%-ə qarşı 4,10% səviyyəsində idi. İqtisadi mühitə daha həssas olan iki illik gəlirlilik də kəskin şəkildə artaraq əvvəlki günkü 3,47%-dən 3,55%-ə çatıb.

Avropada da dövlət istiqrazlarının gəlirliliyi yüksəlib. Enerji qiymətlərinin artması, xüsusən də qısamüddətli dövrdə inflyasiyaya  təzyiq göstərir. Daha yüksək inflyasiya borcalanın kreditorlarına ödədiyi pulun real dəyərini azaldır. Nəticə etibarilə, sonuncular bu itkini kompensasiya etmək üçün daha yüksək faiz dərəcələri tələb edirlər.

Nəticədə, Fransa borcunun gəlirliliyi çərşənbə axşamı günü əvvəlki günün bağlanışındakı 3,28%-ə qarşı 3,37%-ə çatıb. Cümə günü, İranda müharibə başlamazdan əvvəl, bu rəqəm 3,20%-ə yaxın idi. Onun Almaniya ekvivalenti olan Avropadakı etalon göstəricisi bazar ertəsi axşamı 2,71%-ə qarşı 2,75%-ə çatıb.

Qlobal fond bazarları da qırmızı rəngdədir

Avropa fond bazarları Yaxın Şərqdəki gərginlik səbəbindən kəskin şəkildə aşağı düşüb. London 2,75%, Frankfurt 3,44% və Milan 3,92% ucuzlaşıb. Parisdə “CAC” 40 3,46% itirərək, 8103,84 bal (-290,48 bal) səviyyəsində bağlanıb. Bu, Paris indeksinin 7 aprel 2025-ci ildən bəri ən pis enişidir. Həmin tarixdə Donald Trampın kütləvi "qarşılıqlı" tariflər elan etməsindən sonra 4,78% düşmüşdü. Yalnız Avropa bazarları enişdə deyil, analoji tendensiya Asiya və ABŞ-da da müşahidə olunur.  Nyu-York Fond Birjası da kəskin eniş edib.

Ayyət Əhməd


SON XƏBƏRLƏR

03 Mart 2026