• Bakı 20° C

    7.44 m/s

Yaxın zamanda Azərbaycanda e-sosial platforması yenilənəcək

CƏMİYYƏT

04 Sentyabr 2024 | 14:46 | Müəllif: Əli Hüseynov

Yaxın zamanda Azərbaycanda e-sosial platforması yenilənəcək

Əmək və Əhalinin Sosial Müdafisə Nazirliyinin 159 xidmətindən 145-i elektronlaşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktor müavini Fərhad Kərimov “29 İqlim Söhbəti: COP29-a gedən yol” Proqramı çərçivəsində Bakıda keçirilən “Kağızsız Hökumət: Rəqəmsallaşma və İnnovasiyanın Ətraf Mühitə Təsiri” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, elektronlaşdırılan xidmətlərin isə 56-sı proaktiv şəkildə fəaliyyət göstərir: "Proaktiv mexanizm elektronlaşmanın növbəti mərhələsidir. Çalışırıq ki, digər xidmətləri də proaktiv şəkilə çevirə bilək”.

F. Kərimov bildirib ki, e-sosial platformasından 1,5 milyondan çox şəxs qeydiyyatdan keçib: “Hazırda e-sosial platformasının üzərində müəyyən dəyişikliklər edirik. Yaxın zamanda platformanın yeni versiyasını təqdim edəcəyik”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Oktyabr 2026