• Bakı 21° C

    2.65 m/s

Yaylaqda köməksiz qalan şəxs xilas edildi

CƏMİYYƏT

02 Avqust 2021 | 23:15 | Müəllif: Subhan Mahmudov

Yaylaqda köməksiz qalan şəxs xilas edildi

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Oğuz rayonunun Baş Daşağıl kəndi yaxınlığında “Hacıyusif yaylağı” adlanan ərazidə 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Bakıvaxtı.az-a FHN-dən məlumat verilib.

Vətəndaşın olduğu dəqiq yer müəyyən olunduqdan sonra, Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri həmin əraziyə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaş xilasedicilər tərəfindən çətin keçilən mürəkkəb relyefli ərazi ilə xərək vasitəsilə daşınaraq təhlükəsiz əraziyə təxliyə olunub və Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadasına təhvil verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026