• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Şahbaz Quliyev: “Kefimdən yox, zülmümdən evlənirəm”

CƏMİYYƏT

01 Sentyabr 2021 | 22:36 | Müəllif: Subhan Mahmudov

Şahbaz Quliyev: “Kefimdən yox, zülmümdən evlənirəm”

2020-ci ilin dekabrında erməni girovluğundan azad edilən Şahbaz Quliyevin ikinci dəfə ailə qurması ilə bağlı xəbərlər yayılıb. Onun şad günündən fotolar sosial şəbəkələrdə paylaşılıb.

Ş.Quliyevin özü “Sherg.az”a hələ toy məclisi təşkil etmədiyini, bunun üçün anasının ilinin çıxmasını gözlədiyini söyləyib:

“Birinci xanımım mən əsirlikdən qayıtdıqdan sonra getdi. O, sağ qayıdacağıma inanmırdı. Burada ona yaxşı hörmət etdilər. Lakin mənim xəstəliklərimə, çətinliklərə dözmədi. Ərizə yazdı, boşandıq. Qızım yanımdadır, burada oxuyacaq. Səhhətimlə bağlı problemlərim var, yardımçı olmağa bir insan lazımdır. Şahbaz Quliyev kefindən yox, zülmündən evlənir. İndi nişanlanmışıq, anamın ili çıxandan sonra toy edəcəm. Bu informasiyanın yayılmasını istəməzdim, çünki ailəmi tənqid edirlər”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026