• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Azərbaycanda vaksinlərin əlavə təsirini qeydə alan - YENİ SİSTEM

CƏMİYYƏT

01 Oktyabr 2021 | 18:22 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda vaksinlərin əlavə təsirini qeydə alan - YENİ SİSTEM

Dərman və vaksinlərin əlavə təsirləri barədə məlumat vermək üçün onlayn sistem yaradılıb

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən dərman vasitələri və vaksinlərin istifadəsi zamanı yaranan əlavə təsirlər haqqında bildirişlərin (məlumatların) onlayn şəkildə ötürülməsi üçün görülən işlər başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, pasiyentlər, pasiyent yaxınları və tibb işçiləri onlayn portal vasitəsi ilə dərman vasitələri və vaksinlərin istifadəsi zamanı yaranan əlavə təsirlər barədə məlumatları daha rahat şəkildə ötürə biləcəklər.

Sistemin əsası Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Beynəlxalq Dərman Monitorinqi Mərkəzi tərəfindən hazırlanıb və burada təqdim etdiyiniz məlumatlar ÜST-ün əlavə təsirlər haqqında qlobal informasiya bazasına ötürüləcək. Onlayn bildirişlərin ötürülməsi üçün https://primaryreporting.who-umc.org/az linkindən istifadə edərək daxil olmaq mümkündür.

Qeyd edək ki, təqdim edilən məlumatlara Mərkəz tərəfindən nəzarət ediləcək.(medicina.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026