• Bakı 21° C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Qusarda toy təşkilatçısı barədə protokol tərtib edildi

CƏMİYYƏT

01 Sentyabr 2021 | 19:10 | Müəllif: Subhan Mahmudov

Qusarda toy təşkilatçısı barədə protokol tərtib edildi

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Suvucal kəndində karantin rejim qaydalarının pozulmasının müşahidə olunduğu toy şənliyinin keçirilməsi müəyyən edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məclisin təşkilatçısı, rayon sakini Qəhrəman Pirsaatov, əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, insanların kütləvi toplaşdığı toy mərasimi təşkil edib.

Q.Pirsaatov barəsində qanunvericiliyin tələblərinə müvafiq olaraq inzibati protokol tərtib edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR