• Bakı 27° C

    3.49 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Gürcüstan əlavə milyon doza “Sinopharm” əldə edib

CƏMİYYƏT

01 Oktyabr 2021 | 17:20

Gürcüstan əlavə milyon doza “Sinopharm” əldə edib

Gürcüstana koronavirusa qarşı Çin istehsalı olan milyon doza “Sinopharm” peyvəndi çatdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Gürcüstanda Çin peyvəndi ilə vaksinasiya yaşı 18-dən yuxarı olan vətəndaşlar üçün nəzərdə tutulub. İki doza arasında interval 21-28 gün təşkil edir.

Oktyabrın 1-nə olan məlumata əsasən, qonşu ölkədə 1 799 446 nəfər vaksin olunub. Onların 984 595-i peyvəndin bir dozasını, 814 851-i isə hər iki dozasını vurdurub.

Aytac Aslan

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026