• Bakı 27° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Yeni monitorlar cərimə yazmır, yalnız...

CƏMİYYƏT

18 Iyul 2024 | 14:16

Yeni monitorlar cərimə yazmır, yalnız...

 “Avtomobil yollarında quraşdırılan monitorlar sürücüləri məlumatlandıran rəqəmsal sistemdir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, yeni sistem cərimə və inzibati xətalarla bağlı qeydiyyat aparmır, yalnız sürücülərin təhlükəsizliyinə xidmət edir:

“Bu monitorların quraşdırılmasında məqsəd hərəkət iştirakçılarının profilaktikası olmaqla, sürücülərin idarə etdikləri avtomobilin sürət göstəricisini əks etdirməsidir”.

E.Hacıyev bildirib ki, hər bir sürücü sürət həddinə əməl etməli, özünün və digər şəxslərin həyat və sağlamlığına etinasız yanaşmamalıdır.

Murad Məmmədli


SON XƏBƏRLƏR

31 May 2025