“Pilot şəkildə 300 məktəbdə tətbiq olunan yeni şagird davranış qaydaları ilə bağlı yekun qiymətləndirmə işləri hələ tamamlanmayıb”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov “Effektiv kommunikasiya” mövzusunda keçirilən seminarda deyib.
O bildirib ki, bu ilin sonu və gələn ilin əvvəli üçün prosesin yekunlaşması nəzərdə tutulur: “Nəticədən asılı olaraq məktəb sayının artması nəzərdə tutulur. Məktəb sayının 300-dən 500-ə artırılması hədəflənir”.