• Bakı 26° C

    10.54 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

Yevlaxda qardaş qardaşını QƏTLƏ YETİRDİ

HADİSƏ

20 Iyun 2026 | 17:38

Yevlaxda qardaş qardaşını QƏTLƏ YETİRDİ

Yevlax rayonunda 35 yaşlı kişi ögey qardaşını qətlə yetirib.

Bakıvaxtı.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.

Rayon sakini, 1991-ci il təvəllüdlü Süleyman Əzizov anası Tamella və ögey qardaşı Orxan Səmədovla bir ünvanda yaşayıb. Orxan Səmədov və qardaşı Süleyman spirtli içki təsiri altında bir-birisi ilə mütəmadi mübahisə ediblər. Buna görə də anaları Tamella rayondakı evdən çıxıb Bakıda qohumlarının birinin evinə yığışıb. Amma buna baxmayaraq qardaşlar arasında mübahisə yenə də davam edib.

Bir müddətdən sonra Süleyman mağazadan spirtli içki alaraq evə gəldiyi vaxt qardaşı Orxanı sərxoş vəziyyətdə evdə görüb. O, qardaşı ilə yenidən mübahisə edərkən, Orxan kustar üsulla hazırlanmış bıçağı götürərək Süleymana hücum edib. Hadisədən qorunmaq üçün Süleyman həyətə qaçıb. Bu vaxt Orxan da sərxoş vəziyyətdə onun arxasınca qaçaraq onu bıçaqlamaq istəyib. Həmin vaxt həyətdə olan it Orxanın arxasınca qaçıb. Orxan itdən qorunmaq üçün qaçmağa cəhd etsə də, həyətdə yıxılıb və bıçaq əlindən düşüb. Bu vaxt Süleyman dərhal bıçağı yerdən götürüb cibinə qoyub. Amma hadisə bununla bitmir. Orxan ayağa duraraq yenidən Süleymanın üstünə hücum edib. Bundan əsəbiləşən Süleyman cibindəki bıçaqla Orxanın ürəyindən 5 zərbə endirib. Daha sonra o, Bakıda anasına zəng vuraraq qardaşını öldürdüyünü deyib.

Faktla bağlı cinayət işi başlanılıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyatla Süleyman saxlanılaraq istintaqa təhvil verilir.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Əzizov 9 il 6 ay azadlıqdan məhrum edilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Iyun 2026