• Bakı 26° C

    0.84 m/s

  • USD - 1.7

    EUR - 1.9456

    RUB - 2.1745

İstirahət məkanlarına bilet satmaq adı altında 18 nəfərə dələduzluq etdi - VİDEO

HADİSƏ

20 Iyul 2026 | 12:07

İstirahət məkanlarına bilet satmaq adı altında 18 nəfərə dələduzluq etdi - VİDEO

Bakıda istirahət məkanlarına bilet satacağını deyərək dələduzluq edən şəxs saxlanılıb.

Bakıvaxtı.az  xəbər verir ki, Bakı şəhərində dələduzluq əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 35 yaşlı Elvin Məhərrəmov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, o, vətəndaşlara bazar qiymətindən ucuz avtomobil və ehtiyat hissələri, eləcə də müxtəlif istirahət məkanlarına bilet satacağını vəd edərək onların etibarını qazanıb. Bu yolla E.Məhərrəmov 18 nəfərə qarşı dələduzluq edərək onlara müxtəlif məbləğlərdə maddi ziyan vurub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Iyul 2026