• Bakı 13° C

    1.18 m/s

Yevlaxda yük maşını qəza törədib - xəsarət alanlar var

HADİSƏ

25 Mart 2021 | 09:44

Yevlaxda yük maşını qəza törədib - xəsarət alanlar var

Yevlaxda yük maşını minik avtomobili ilə toqquşub.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə magistral yolun Yevlax şəhərindən keçən hissəsində, yol dairəsində baş verib.

“Shacman” markalı yük maşını VAZ-2115 markalı avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alan VAZ-ın iki sərnişini - Göyçay rayon sakinləri, 1968-ci il təvəllüdlü Salahov Habil Taleh oğlu və 1985-ci il təvəllüdlü Ağayev Nicat Azər oğlu Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(apa)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Oktyabr 2026
24 Oktyabr 2026