• Bakı 18° C

    3.34 m/s

Yığma yoldaşlıq turnirində ikinci oyununu keçirəcək

İDMAN

07 Iyun 2024 | 10:09

Yığma yoldaşlıq turnirində ikinci oyununu keçirəcək

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Moldovada təşkil edilən yoldaşlıq turnirində bu gün ikinci oyununu keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, yığma Türkiyənin U-20 komandası ilə qarşılaşacaq.

Bender şəhərinin “Dinamo” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, U-19 turnirin ilk oyununda Qazaxıstan yığması üzərində 2:0 hesablı qələbə qazanıb. Millimiz son matçını iyunun 10-da, saat 20:30-da Moldovanın U-19 kollektivinə qarşı keçirəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026