• Bakı 18° C

    0.89 m/s

  • USD - 1.7

    EUR - 1.9274

    RUB - 2.0529

Piyada qəzaları: Ani diqqətsizlik ölümə aparır - VİDEO

CƏMİYYƏT

05 May 2025 | 11:47

Piyada qəzaları: Ani diqqətsizlik ölümə aparır - VİDEO

Bəziləri üçün mobil telefon o qədər vacib olub ki, artıq yolun ortasında belə ondan ayrıla bilmirlər. Amma unutduqları bir şey var: ani diqqətsizlik insanın həyatına bahasına başa gələ bilər.

Piyada keçidi vacibdir, amma biz onu laqeydliklə təhqir edirik. İşıqforun qırmızısına məhəl qoymayan da bizik, sürətlə gələn maşının qarşısına atılan da. Tələsik, diqqətsiz və bir az da "mənə heç nə olmaz" düşüncəsi ilə addımlayırıq – nəticədə ya qəza xəbərlərində adımız çəkilir, ya da kimsə bizə görə əziyyət çəkir.

Nə zəng, nə mesaj, nə də “story” sənin canından qiymətli deyil. Bir neçə saniyəlik diqqətsizlik ömürlük peşmanlıq doğura bilər. Ətrafına baxmadan, telefonla məşğul halda yol keçmək – bu cəmiyyətə qarşı da, özünə qarşı da hörmətsizlikdir.

Bakıvaxtı.az xəbər verir ki, mövzu ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev də öz sosial şəbəkəsində yazı paylaşıb.

“Piyada haqlıdır, keçid hüququ var” ifadəsi mifdir. Keçid olduğu halda piyadanın yolu keçmə hüququ yaranır. Yoxdursa, piyadanın məsuliyyəti yaranır",- deyə qeyd edib.

Onun sözlərinə görə, bu məsuliyyətsizlik öldürür, şikəst edir, başqalarını məhrumiyyətə düçar edir:

"Piyada yol ayrıcında yol hərəkəti və yol nişanlarına məhəl qoymadıqda, avtomobil yoluna daxil olduqda, hərəkət axınını pozduqda, işarələnmiş piyada keçidlərindən istifadə etmədikdə, hərəkətdə olan nəqliyyat vasitəsinin önünə çıxdıqda faciə baş verir".

Nuriyyə Musayeva
 

 


SON XƏBƏRLƏR