• Bakı 13° C

    1.45 m/s

“YouTube” Roqozinin yer aldığı bütün videoları sildi

DÜNYA

08 May 2022 | 23:01

“YouTube” Roqozinin yer aldığı bütün videoları sildi

“YouTube” videohostinqi “Roskosmos Media” kanalından “Roskosmos”un rəhbəri Dmitri Roqozinin iştirakı ilə çəkilmiş bütün videoları silib.

Bakıvaxtı.az xəbər verir ki, qurumun “Telegram” kanalından verilən məlumata görə, ümumilikdə beş milyona yaxın baxış sayına malik iyirmiyə yaxın video silinib.

Silinən videolar arasında Roqozinin müsahibələri, Donbass sakinlərinə humanitar yardımın göndərilməsində iştirakı, Vostoçnı kosmodromuna səfərlərinin görüntüləri də olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026