• Bakı 18° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Yüksək hərarət, öskürək... - Uşaqlar arasında yayılan xəstəlik nədir?

CƏMİYYƏT

29 Yanvar 2024 | 15:44 | Müəllif: Qalib İbrahimoğlu

Yüksək hərarət, öskürək... - Uşaqlar arasında yayılan xəstəlik nədir?

 Son günlər uşaqlar arasında yüksək hərarətlə özünü göstərən xəstəlik yayılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, valideynlər deyirlər ki, xəstəlik zamanı gün ərzində bir neçə dəfə hərarət qalxıb düşür. Əksər hallarda dərmanlar da təsir göstərmir.

Pediatr Qoşqar İsmayılov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, qış mövsümü daxil olandan 2-3 aydır, uşaqlar arasında yüksək hərarət və öskürəklə özünü göstərən xəstəliklər artıb. Onun sözlərinə görə, əsasən, kəskin respirator virus infeksiyaları fonunda başlayıb burun axması, yüksək hərarət və öskürəklə davam edir:

“Hərarət gün ərzində 39, hətta 40 dərəcəyə qalxa bilər. Xüsusilə, 38-39 dərəcə hərarət daha çox müşahidə olunur".

Həkim qeyd edib ki, uşağı vaxtında həkimə aparmadıqa öskürək daha da arta bilər, bronxlardan ağ ciyərlərə keçib pnevmoniya yarada bilər:

"Proses virus fonunda başlasa da, sonra bakterial prosesə keçir. Belə olan halda, mütləq həkimə müraciət edilməli, evdə yüngül ambulator müalicə alınmalıdır. Orta-ağır şəraitdə isə stasional müalicə alınmalıdır".

Bəs uşaqların xəstəliyə yoluxmaması üçün nə edək?

Müsahibimiz bildirib ki, xəstəliyə yoluxmamaq üçün, birinci növbədə, düzgün yuxu rejimi olmalı, təbii və düzgün qidalanmalı, vaxtında həkimə müraciət edilməli və yaşa uyğun peyvəndlər vurdurulmalıdır:

“Bundan başqa, uşağı qapalı məkanlara aparmaq, əlverişsiz hava şəraitində küçəyə çıxarmaq məsləhət deyil".

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR