• Bakı 5° C

    1.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Qızılcaya yoluxma bütün yaşlarda ola bilər

CƏMİYYƏT

28 Fevral 2024 | 15:19 | Müəllif: Qalib İbrahimoğlu

Qızılcaya yoluxma bütün yaşlarda ola bilər

“Qızılca ilə  xəstələnmə bütün yaşlarda ola bilər, lakin daha çox məktəb və bağça yaşlı uşaqlar arasında üstünlük təşkil edir, 1-8 yaş  ən həssas qrup hesab edilir. Bu xəstəlik uşaqlıq dövrünün infeksion xəstəliklərindən hesab olunur, virus mənşəli xəstəlikdir və özü sağalan xəstəliklər qrupuna daxildir”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun infeksionisti Səbinə Cəfərova açıqlayıb.

Onun sözlərinə görə, qızılca xəstəliyini keçirməyən və ya qızılca, parotit və məxmərəyə qarşı (QPM) peyvənd almayan digər yaş qruplarında olan insanlar da qızılcaya yoluxa bilərlər:

“Əgər ana qızılca keçiribsə, uşaqlarda 3 aya qədər passiv immunitetin olması ilə əlaqədar körpələr qızılca ilə xəstələnmir. Bu immunitet 9 ayından sonra itə bilər. 3 aydan 1 yaşa qədər uşaqlar əsasən ana qızılca xəstəliyini keçirməyibsə və peyvənd olunmayan hallarda qızılca virusuna yoluxa bilər. Qızılca peyvəndindən sonra bu xəstəliyə qarşı orqanizmdə davamlı (təxminən 10-13 il) immunitet yaranır.

Qızılca xəstəliyinin ötürülməsinin qarşısını almağın ən effektiv yolu vaksinasiyadır".

Səbinə Cəfərova valideynlərin nəzərinə çatdırıb ki, peyvənd qızılcaya yoluxan uşaqlarda xəstəliyin şiddətini və yayılmasını əhəmiyyətli dərəcədə azaldır və qızılca peyvəndinin ilk dozasının qoruyuculuğu təxminən 95%-dir.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR