• Bakı 23° C

    4.6 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Nobel Sülh mükafatçısı UNEC rektorunun müşaviri təyin olundu - FOTO

CƏMİYYƏT

29 Mart 2024 | 14:36

Nobel Sülh mükafatçısı UNEC rektorunun müşaviri təyin olundu - FOTO

Nobel Sülh mükafatı laureatı, UNEC-in fəxri professoru Muhammad Yunus UNEC rektoruna müraciət edib.

UNEC-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, Nobel mükafatçısı müraciətində UNEC rektorunun müşaviri kimi universitetin missiyasına töhvə vermək istəyini bildirib. Müraciəti nəzərə alaraq, rektor prof. Ədalət Muradov Nobel mükafatı laureatı, professor Muhammad Yunusu müşavir təyin edib.

    Xatırladaq ki, Nobel mükafatçısı Muhammad Yunus 2017-ci ildə UNEC-də keçirilən “Sosial biznes – inkişafa gedən yol” mövzusunda beynəlxalq konfransda çıxış etmiş və ona UNEC-in Fəxri professoru diplomu təqdim olunmuşdur.

    Bu il martın 16-da isə Muhammad Yunusun iştirakı ilə UNEC-də Yunus Sosial Biznes Mərkəzinin (YSBM) açılışı olub və Nobel mükafatçısı YSBM-də ilk mühazirəsini də sosial biznes sahəsinin problemlərinə həsr edib.


    SON XƏBƏRLƏR

    26 Aprel 2024