• Bakı 23° C

    4.6 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİB

CƏMİYYƏT

29 Mart 2024 | 13:12

Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİB

Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb, yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Qeyd edək ki, bu mərhələdə Füzuli şəhərinə daha 35 ailə - 138 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 666 ailə, 2517 nəfərin daimi məskunlaşması təmin edilib.

***

11:57

Bakının Qaradağ rayonundan yola salınan 138 nəfərdən ibarət növbəti köç karvanı Füzuliyə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, şəhərdə doğma yurduna çatan sakinlərin qarşılanma mərasimi keçirilib.

Bununla da Füzuli şəhərinə 666 ailənin, yəni 2 517 nəfərin daimi məskunlaşması təmin ediləcək.

***

08:11

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı martın 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə daha 35 ailə - 138 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 666 ailənin, yəni 2517 nəfərin daimi məskunlaşması təmin edilib.


SON XƏBƏRLƏR

26 Aprel 2024