• Bakı 16° C

    1.95 m/s

Mingəçevirdə vəkilin oğlu qəzaya düşdü

CƏMİYYƏT

28 Fevral 2024 | 15:20

Mingəçevirdə vəkilin oğlu qəzaya düşdü

Mingəçevirdə idarəetmədən çıxan avtomobil işıq dirəyinə çırpılıb.

Bakıvaxtı.az "Unikal"a istinadən xəbər verir ki, hadisə Samux küçəsində baş verib. "Mersedes" markalı minik maşını işıq dirəyinə çırpılması nəticəsində  dirək və avtomobili yararsız hala düşüb. Qəza zamanı müxtəlif bədən xəsarətləri alan iki nəfər 2000-ci il təvəllüdlü Hacızadə Samir Azər oğlu və 2002-ci il təvəllüdlü Hacızadə Elmir Fəzail oğlu xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bildirək ki, Elmir Hacızadə tanınmış vəkil Fəzail Hacızadənin oğludur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026