• Bakı 13° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Yunanıstanlı futbolçu avtomobilində ölü tapıldı

İDMAN

05 Oktyabr 2021 | 18:42 | Müəllif: Subhan Mahmudov

Yunanıstanlı futbolçu avtomobilində ölü tapıldı

Yunanıstan "Makedonikos"unun oyunçusu Nikos Tsumanis ölü tapılıb.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçinin cəsədi dayanacaqdakı maşınında tapılıb. Tsumanisin bazar ertəsi itkin düşdüyü bildirilib. Məhkəmə tibbi ekspertizasının rəyinə görə, ölüm boğulma nəticəsində baş verib. 

Bildirilib ki, o, əvvəllər dostuna maddi problemlər və intihar etmək istəyi barədə danışıb.

Polis Tsumanisin ölümünün intihar və ya qətl nəticəsində olub-olmadığını araşdırılır.

Qeyd edək ki, Tsumanis bu yay "Makedonikos"a keçib. Daha əvvəl Yunanıstan Premyer Liqasında "Aris", "Ksanti", "Pantrakikos" və "Kerkiru"da oynayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026