• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Qarabağ" səfərdə "Kayrat"la qarşılaşacaq

İDMAN

04 Noyabr 2021 | 00:36 | Müəllif: Subhan Mahmudov

"Qarabağ" səfərdə "Kayrat"la qarşılaşacaq

Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi “Qarabağ” bu gün növbəti oyununa çıxacaq.

Bakıvaxtı.azxəbər verir ki, Ağdam təmsilçisi Konfrans Liqasının qrup mərhələsinin IV turunda “Kayrat”la üz-üzə gələcək.

İki həftə əvvəl Qazaxıstan təmsilçisini Bakıda 2:1 hesabı ilə məğlub edən Qurban Qurbanovun yetirmələri bu dəfə Almatıda rəqiblə qarşılaşacaq. İlk 3 matçda “Bazel”lə eyni sayda – 7 xal toplayan “Qarabağ” artıq bu turda pley-offa vəsiqəni rəsmiləşdirə bilər. Bunun üçün təmsilçimiz qalib gəlməli, həmçinin “Bazel” səfərdə “Omoniya”ya uduzmamalıdır.

Bu mövsüm avrokuboklarda məğlubiyyət üzü görməyən ağdamlılar uğurlu seriyanı davam etdirmək, “Kayrat” isə növbəti mərhələ şansını əldən verməmək üçün qalib gəlməyə çalışacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026