• Bakı 9° C

    6.8 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Mahir Çexiya klubunun diqqətində

İDMAN

03 Dekabr 2021 | 14:16 | Müəllif: Subhan Mahmudov

Mahir Çexiya klubunun diqqətində

Azərbaycan millisinin "Legiya"da çıxış edən üzvü Mahir Emreli klubdan ayrıla bilər. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çexiyanın efotbal.cz saytı məlumat yayıb. Bildirilib ki, əgər Varşava təmsilçisi növbəti mövsüm üçün avrokuboklara vəsiqə qazanmasa, 24 yaşlı hücumçu yayda komandanı tərk edəcək. 

Xəbərdə o da qeyd olunub ki, Mahirlə "Slaviya" (Praqa) yaxından maraqlanır. Klubun məşqçi heyəti futbolçumuzun oyununu izləyib və bəyənib. 

Qeyd edək ki, Mahirin "Legiya" ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir. 

Əlavə edək ki, "Legiya" hazırda Polşa çempionatında 12 xalla 16-cıdır. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026