"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo yeni uğura imza atıb.
Bakıvaxtı.az xəbər verir ki, 36 yaşlı hücumçu Çempionklar Liqasının qrup mərhələsinin "Atalanta" ilə oyununda (2:2) dubl edib.
Bununla da o, "Mançester Yunayted"in heyətindəki qollarını sayını 127-ə çatdırıb. O, 126 qol vuran hazırkı baş məşqçi Ule Qunnar Sulşeri geridə qoyub və 7-ci pilləyə yüksəlib.
Qeyd edək ki, "Mançester Yunayted"in sabiq futbolçusu Ueyn Runi 253 qolla klub tarixinin bombardiridir.(qol.az)
















