• Bakı 32° C

    2.8 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Zakir Həsənov Belarusda keçirilən tədbirlərdə iştirak edib - FOTO

SİYASƏT

03 Iyul 2024 | 15:24

Zakir Həsənov Belarusda keçirilən tədbirlərdə iştirak edib - FOTO

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusun azad olunmasının 80-ci ildönümü və Müstəqillik Gününə həsr olunmuş təntənəli mərasimdə fəxri qonaq qismində iştirak edib.

Müdafiə Nazirliyindən Bakıvaxtı.az-a verilən xəbərə görə, sonra müdafiə naziri Minsk şəhərində keçirilən müxtəlif dövlətlərin silahlı qüvvələrinin nümayəndələri ilə yanaşı Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun da qatıldığı hərbi paradı izləyib.

Daha sonra Qələbə meydanı ziyarət olunub. Nümayəndə heyətlərinin rəhbərləri tərəfindən Qələbə abidəsinin önünə gül dəstələri qoyulub.

Belarus Milli Kitabxanasında Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilib.

İclasda hərbi əməkdaşlığın cari vəziyyəti və qarşıda duran məsələlər müzakirə olunub.


SON XƏBƏRLƏR

05 Iyul 2024