• Bakı 17° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Zaporojye AES-i müdafiə etmək artıq mümkün deyil - MAQATE

DÜNYA

30 Mart 2023 | 12:41

Zaporojye AES-i müdafiə etmək artıq mümkün deyil - MAQATE

Müvəqqəti işğal altında olan Zaporojye AES artıq müdafiə oluna bilməz.

Bakıvaxtı.az “SkyNews”a istinadla xəbər verir ki,  bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi stansiyaya baş çəkdikdən sonra deyib.

Onun sözlərinə görə, AES-in yerləşdiyi bölgədə qoşunların sayı xeyli artıb, bu səbəbdən də onu artıq müdafiə etmək mümkün deyil.

"Aydındır ki, bu regionda hərbi fəallıq artıb. Ona görə də stansiyanı qorumaq mümkünsüz olub ", - Qrossi bildirib.

Qeyd olunur ki, bu, Rusiyanın ötən ilin fevralında Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra MAQATE rəhbərinin Zaporojyeyə ikinci səfəridir. Səfərdə məqsəd "obyektdəki ciddi nüvə təhlükəsizliyi və təhlükəsizlik vəziyyətini əvvəlcədən qiymətləndirmək" idi.

Murad Məmmədli


SON XƏBƏRLƏR

25 Aprel 2024