Pakistanın Hayber Paxtunxva vilayətində silahlılar hərbçilərə hücum edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pakistan ordusu məlumat yayıb.
Qarşıdurmada 3 əsgər həyatını itirib, 7 yaraqlı zərərsizləşdirilib.
Təhlükəsizlik qüvvələri qarşıdurma nəticəsində öldürülən 7 silahlının silah və sursatını müsadirə edib.
















