• Bakı 16° C

    5.64 m/s

  • USD - 1.7

    EUR - 1.859

    RUB - 0.0176

Zaqatalada şizofren xəstəsi 77 yaşlı babasını bıçaqladı - YENİLƏNİB

HADİSƏ

29 Noyabr 2023 | 00:04

Zaqatalada şizofren xəstəsi 77 yaşlı babasını bıçaqladı - YENİLƏNİB

Zaqatalada nəvəsi tərəfindən bıçaqladığı 77 yaşlı kişi xəstəxanada ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu gün çoxsaylı bıçaq xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən 77 yaşlı Yaşar İbrahimov həkimlərin səyinə baxmayaraq  dünyasını dəyişib.

Qeyd edək ki, Yaşar İbrahimov bu gün nəvəsi tərəfindən bıçaq xəsarətləri almışdı.

***

28 noyabr, 20:52

Zaqatalada bıçaqlanma hadisəsi olub.

Bu gün saat 15:30-da Zaqatala şəhər sakini, 21 yaşlı Ruslan İbrahimov onunla eyni ünvanda yaşayan babası, 77 yaşlı Yaşar İbrahimova məişət zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarət yetirib. R.İbrahimovun şizofreniya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar aparılır.


SON XƏBƏRLƏR

13 Oktyabr 2024
12 Oktyabr 2024