• Bakı 26° C

    14.66 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Zaxarova:  Qriqroryan Qərbdə kiməsə xoş gəlməyə çalışır

DÜNYA

28 Fevral 2024 | 16:58

Zaxarova:  Qriqroryan Qərbdə kiməsə xoş gəlməyə çalışır

"Nerkin And istiqamətində Rusiya hərbçiləri yoxdur".

Bakıvaxtı.az-ın məlumatına göə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Aİ müşahidə missiyasının Nerkin And kəndinə buraxılmaması ilə bağlı sözlərinə cavabında deyib.

    M.Zaxarova qeyd edib ki, Ermənistan tərəfi ilə razılaşmaya əsasən, 2021-ci ildə orada FTX-nın sərhəd xidməti postu yerləşdirilib:

    "30 ildən artıqdır ki, respublikanın sərhədlərini qoruyan sərhədçilərimizi ləkələmək cəhdlərini əks nəticəli hesab edirik. Bunun əksinə olaraq, Aİ-nin “yalançı müşahidəçi”ləri ora çağırıldıqları işi görmürlər. Onlar orada Rusiya və İrana qarşı kəşfiyyat fəaliyyəti ilə məşğuldurlar".

    Zaxarovanın sözlərinə görə, bu, ilk dəfə deyil ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi faktları təhrif edir:

    "Görünür, Qərbdə kiməsə xoş gəlməyə çalışır”.


    SON XƏBƏRLƏR

    26 Iyul 2024