• Bakı 20° C

    1.24 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Ukrayna itirilə bilər - Orban 

DÜNYA

29 Mart 2024 | 14:51

Ukrayna itirilə bilər - Orban

NATO ölkələri Rusiya tərəfindən hücum təhlükəsi altında deyil, lakin Ukraynada bufer zonası qalmalıdır. 

Bakıvaxtı.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Avstriyanın keçmiş kansleri Volfqanq Şussellə söhbətində bildirib .

Onun sözlərinə görə, Rusiyanın NATO üzvü olan ölkəyə hücumu təhlükəsi yoxdur. Rusiya heç vaxt bu ölkənin NATO-ya daxil olmasına razı olmayacaq.

Macar siyasətçinin fikrincə, ukraynalılar təhlükəsizlik zəmanəti ilə bufer zona yaratmasalar, ölkəni itirə bilərlər.  

"Rusiya ilə münaqişədə Ukrayna artıq itirdiklərindən daha çox itirə bilər, ona görə də respublika hərbi əməliyyatları davam etdirmək haqqında deyil, danışıqlar haqqında düşünməlidir".

Onun fikrincə, atəşkəs həm də ona görə lazımdır ki, Rusiya ilə Qərb ölkələri arasında artıq ağlabatan müzakirə yoxdur.

Günəş Mərd 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026