• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Ermənistan Teleradio Şəbəkəsinin direktoru istefa verib

DÜNYA

29 Mart 2024 | 15:00

Ermənistan Teleradio Şəbəkəsinin direktoru istefa verib

Ermənistan Teleradio Şəbəkəsi Qapalı Səhmdar Cəmiyyətinin direktoru Muşeq Militonyan istefa verib.

Bakıvaxtı.az “NEWS.am”a istinadən bildirir ki, o, istefasının səbəbini açıqlamayıb.

Qeyd edək ki, M.Militonyan Ermənistan Yazıçılar İttifaqının sədri Edvard Militonyanın oğludur. O, 2019-cu ildən bu vəzifədə işləyirdi.

Bir müddət əvvəl Ermənistan Teleradio Şəbəkəsi “RTR-Planeta” telekanalının “Vladimir Solovyovla axşam” müəllif verilişinin bağlanmasına qərar verib. M.Militonyanın istefasının bu məsələ ilə bağlı olub-olmadığı məlum deyil.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026