• Bakı 25° C

    4.02 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Zelenski: Rusiya indi atəşkəsə daha çox meyillidir

DÜNYA

06 Avqust 2025 | 23:41 | Müəllif: Subhan Mahmudov

Zelenski: Rusiya indi atəşkəsə daha çox meyillidir

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla danışıqlar zamanı Rusiya indi Ukrayna ilə atəşkəs əldə etməyə daha çox meyilli olduğunu göstərib.

Bakıvaxtı.az  “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib.

O, Uitkoffun Moskvaya səfərindən sonra ABŞ Prezidenti Donald Trampla danışdığını xatırladıb:

“Biz Moskvada deyilənləri müzakirə etdik. Belə görünür ki, Rusiya indi atəşkəsə daha çox meyillidir. Onlara təzyiqlər işləyir. Amma əsas odur ki, bizi və ya aldatmasınlar”, - Zelenski vurğulayıb.

Həmçinin, prezidentin sözlərinə görə, Ukrayna tərəfdaşlarına ümumi mövqe və ümumi baxışı əlaqələndirmək üçün yaxın vaxtlarda təhlükəsizlik üzrə müşavirlərin görüşünü keçirməyi təklif edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026