• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Zelenski və  Bayden görüş zamanı bu məsələri müzakirə edəcəklər

DÜNYA

11 Iyul 2023 | 13:09

Zelenski və Bayden görüş zamanı bu məsələri müzakirə edəcəklər

Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ lideri Cozef Baydenin sabah, iyulun 12-də keçirəcəkləri görüşdə hansı məsələlərin müzakirə olunacağı açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak deyib ki, liderlər Ukraynaya silah tədarükünün sürətləndirilməsi barədə danışacaqlar.

“Görürük ki, əks-hücum əməliyyatları üçün bizə texnika, o cümlədən aviasiya komponentləri və uzaqmənzilli raketlər lazımdır. Prezidentlərin müzakirə edəcəyi növbəti məsələ Rusiyanın itkiləri olacaq”, - müşavir vurğulayıb.

Onun sözlərinə görə, Rusiya bu savaşda mütləq uduzmalıdır.

M.Podolyak söyləyib ki, V.Zelenski digər liderlərlə də görüşəcək: “Lakin təhlükəsizlik tədbirləri səbəbindən detalları açıqlaya bilmərəm”.

Qeyd edək ki, V.Zelenski ilə C.Bayden sabah NATO-nun Vilnüsdə keçirilən sammiti çərçivəsində bir araya gələcəklər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026