• Bakı 20° C

    5.31 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

Paytaxt aeroportlarında reyslər dayandırıldı

DÜNYA

10 Avqust 2023 | 10:54

Paytaxt aeroportlarında reyslər dayandırıldı

Avqustun 10-na keçən gecə Moskvanın “Vnukovo” və “Domodedovo” hava limanlarında reyslər məhdudlaşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, buna səbəb paytaxt Moskvaya pilotsuz uçuş aparatları (PUA) ilə növbəti hücumun edilməsi olub.

Nəticədə təhlükəsizlik tədbirləri çərçivəsində təyyarələrin qəbulu və yola salınmasında müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Məhdudiyyətlər səhər saatlarında ləğv edilib.

Ümumilikdə görülən tədbirlər 30-a yaxın reysə təsir edir.

Qeyd edək ki, Moskva şəhərinin meri Sergey Sobyanin paytaxt istiqamətində uçan iki PUA-nın yerli vaxtla 03:00-da zərərsizləşdirildiyini açıqlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR