• Bakı 13° C

    7.14 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Türkiyədə FETÖ əməliyyatı - Saxlanılanlar var 

DÜNYA

09 Sentyabr 2023 | 00:51 | Müəllif: Subhan Mahmudov

Türkiyədə FETÖ əməliyyatı - Saxlanılanlar var

Türkiyənin Muğla sahillərində həyata keçirilən əməliyyatlar zamanı son 4 gündə qeyri-qanuni yollarla ölkəni tərk etməyə cəhd edən 41 FETÖ/PDY üzvü yaxalanıb.

Bakıvaxtı.az xəbər verir ki, Muğla İl Təhlükəsizlik Müdirliyi ilə Sahil Mühafizəsi Cənubi Ege Qrup Komandirliyi tərəfindən 3 sentyabr tarixində Fethiye rayonunda ' FETÖ PDY Silahlı Terror Təşkilatına üzv olmaq və immiqrant qaçaqmalçılığı' cinayətinə qarşı həyata keçirilən birgə əməliyyatlarda Fethiye Körfəzi Beynəlxalq sularında yelkənli qayıqla qaçmağa çalışan FETÖ/PDY Silahlı Terror Təşkilatının 14 üzvü yaxalanıb. Bundan əlavə, 2 şübhəli saxlanılıb.

Dəniz yolu ilə xaricə qaçmağa cəhd edən 16 şübhəlidən 10-u həbs olunub, 4-ü məhkəmə nəzarəti altında olmaqla ümumilikdə 6 şübhəli sərbəst buraxılıb.

Sahil Mühafizəsi Cənubi Ege Qrup Komandanlığı və Muğla İl Təhlükəsizlik Müdirliyi qrupları tərəfindən sentyabrın 6-da həyata keçirilən birgə araşdırmada 27 FETÖ/PDY Silahlı Terror Təşkilatının üzvü beynəlxalq sularda qeyri-qanuni yollarla ölkəni tərk edən yelkənli qayıqlarda sahil açıqlarında aşkar edilərək ələ keçirilib.  Tutulan 27 FETÖ/PDY üzvü ilə bağlı məhkəmə prosesinin davam etdiyi açıqlanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR