• Bakı 10° C

    1.26 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

ABŞ Slovakiya üçün 3,6 milyon ayırır

DÜNYA

09 Sentyabr 2023 | 00:15 | Müəllif: Subhan Mahmudov

ABŞ Slovakiya üçün 3,6 milyon ayırır

ABŞ Slovakiyanın şərq sərhədinin qorunması layihəsinə 3,6 milyon dollar ayıracaq.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Slovakiya mediası məlumat yayıb.

Məlumata görə, bu vəsait şərq sərhədinin mühafizəsi üçün təlimlərə və texnikanın tədarükünə sərf olunacaq.

“Layihə sərhədi silahların, narkotiklərin və insanların qeyri-qanuni hərəkətindən qorumağa kömək etmək məqsədi daşıyır, həmçinin sərhədi qanuni şəkildə keçməyin asanlaşdırılmasına yardım etməlidir”, - məlumatda bildirilir.

Nəşr qeyd edir ki, layihənin yaxın iki il ərzində həyata keçirilməsi planlaşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026