• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ölkədə fövqəladə vəziyyət elan edildi

DÜNYA

10 Avqust 2023 | 11:07

Ölkədə fövqəladə vəziyyət elan edildi

Ekvador Prezidenti Qilyermo Lasso prezidentliyə namizəd Fernando Vilyavisensionun öldürülməsi ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "El Universo" qəzeti məlumat yayıb.

Bildirilib ki, prezident 60 gün müddətinə fövqəladə vəziyyət elan edib. Bununla əlaqədar ölkə üzrə silahlı qüvvələrin səfərbər edilməsi nəzərdə tutulur. Prezident bundan əlavə, üç günlük matəm haqqında fərman da imzalayıb.

Qeyd edək ki, avqustun 20-də Ekvadorda növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək. Sağ-mərkəzçi Vilyavisensio sorğularda dördüncü yerdə qərarlaşmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026