• Bakı 21° C

    1.5 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Zəlzələdə həlak olan Samir Quliyev dəfn edildi - YENİLƏNİB

CƏMİYYƏT

16 Fevral 2023 | 12:55

Zəlzələdə həlak olan Samir Quliyev dəfn edildi - YENİLƏNİB

Türkiyənin Malatya şəhərində baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbə Samir Quliyev Gədəbəydə dəfn olunub.

Bakıvaxtı.az xəbər verir ki, Samir Quliyev Gədəbəyin İnəkboğan kənd qəbiristanlığında torpağa tapşırılıb.

 

12:22

Türkiyədə baş verən dağıdıcı zəlzələdə həlak olan azərbaycanlı tələbə Samir Quliyev ilə Gədəbəy rayonunun İnəkboğan kəndində vida mərasimi keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, yaxın qohumları, ictimaiyyət nümayəndələri, kənd sakinləri, Gədəbəy Rayon İcra Hakimiyyətinin əməkdaşları iştirak edirlər.

Daha sonra mərhum kənd qəbiristanlığında dəfn olunacaq.

Xatırladaq ki, Malatya şəhərindəki İnönü Universitetində təhsil alan azərbaycanlı tələbələr Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin meyitləri uzunmüddətli axtarışlardan sonra fevralın 14-də tapılıb.

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb.

Təbii fəlakət nəticəsində 35 418 nəfər ölüb, 105 505 nəfər yaralanıb, hazırda 13 208 yaralının müalicəsi xəstəxanalarda davam etdirir. /Report


Zəlzələdə həlak olan Samir Quliyev dəfn edildi - YENİLƏNİBZəlzələdə həlak olan Samir Quliyev dəfn edildi - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026