• Bakı 17° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Azərbaycanda nazirin həbs müddəti uzadıldı

CƏMİYYƏT

18 Mart 2023 | 12:02

Azərbaycanda nazirin həbs müddəti uzadıldı

Naxçıvan Muxtar Respublikasının keçmiş Maliyyə naziri Rafael Əliyev və Naxçıvan Dövlət Gömrük Komitəsinin şöbə rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun həbs müddətləri uzadılıb.

Bakıvaxtı.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə təqsirləndirilən şəxslər Əsgərov Mənsur Turan oğlu və Əliyev Rafael Rza oğlunun həbsdə saxlama müddətlərinin uzadılması barədə istintaq orqanının vəsatətlərinə baxılıb.

Məhkəmənin qərarı ilə Rafael Əliyev və Mənsur Əsgərovun həbsdə saxlama müddətləri 3 ay müddətinə uzadılıb.

Qeyd edək ki, ittihama görə Rafael Əliyev və Mənsur Əsgərov xüsusilə külli miqdarda dövlət vəsaitlərinin mənimsənilməsində ittiham olunurlar.


SON XƏBƏRLƏR

17 Aprel 2024